AZ

834 nəfərin diplomu tanınmadı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir.

KONKRET.az agentliyin hesabatına istinadən xəbər verir ki, mənfi rəyin verilməsinə ən çox aşağıdakı faktorlar səbəb olub:

1. Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 495 imtina

2. Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 122 imtina

3. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina

4. Autentik (həqiqi) olmayan diplom səbəbilə 30 imtina

5. “Açıköğretim” təhsilalma forması səbəbilə 29 imtina

6. Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 27 imtina

7. Ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina

9. Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 8 imtina.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 4-cü bəndində qeyd olunan xarici kvalifikasiyaların tanınmasına dair tələblər sırasında ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ilə yanaşı, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyi qeyd olunub. Bu xüsusda, Qaydaların həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması (4 illik proqram) üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü – 8 ay ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunur. Qiyabi təhsilə gəldikdə isə, Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir.

Xüsusilə nəzərə alınmalıdır ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada əldə olunmuş xarici kvalifikasiyalar TKTA tərəfindən tanınmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
konkret.az

10Mənbələr