AZ

Daha bir faktın üstü açıldı 1 milyon 180 min ədəd KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycana qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə KONKRET.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
23
konkret.az

10Mənbələr