AZ

Tural Əhmədov: 834 xarici kvalifikasiyanın ölkə ərazisində tanınması barədə mənfi rəy verilib

Bakı, 26 dekabr, AZƏRTAC

Ümumilikdə 834 xarici kvalifikasiyanın ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.

AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib. O mənfi rəyin verilməsinə səbəb olan faktorları açıqlayıb: “Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 495 müraciətə imtina verilib. Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 122 müraciət imtina ilə nəticələnib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 42 müraciətə imtina cavabı verilib. Autentik (həqiqi) olmayan diplom səbəbilə 30 müraciət imtina ilə nəticələnib. “Açıköğretim" təhsilalma forması səbəbilə 29 müraciətə, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 27 müraciətə, ekvivalenti olmayan ixtisas səbəbilə 9 müraciətə imtina verilib.

Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 8 müraciətə imtina verilib”.

Tural Əhmədov qeyd edib ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada əldə olunmuş xarici kvalifikasiyalar TKTA tərəfindən tanınmır.

 

Seçilən
37
5
azertag.az

10Mənbələr