AZ

Neftçalanın icra başçısı dekabrın səyyar görüşlərini yekunlaşdırıb - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyəti başçısının sakinlər ilə dekabr ayı üçün səyyar görüşləri yekunlaşıb.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Astanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Xalq-Prezident birliyi Azərbaycanın davamlı uğurlarının əsas şərtidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, sürətlə inkişaf edən, beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycana uğur gətirir. Məhz bu siyasətin nəticəsidir ki, indi dünyada sabitlik adası statusuna sahib çıxan Azərbaycan regionun lider dövləti kimi böyük layihələr həyata keçirir. Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində inkişaf etməsi və davamlı uğurlar qazanması xalq–iqtidar birliyinin mövcudluğu ilə birbaşa bağlıdır. Bu birliyin ideoloji əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və müasir Azərbaycan dövlətinin inkişaf strategiyası məhz xalqın iradəsinə söykənən güclü liderlik modeli üzərində qurulub. Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, xalqına arxalanan və onun mənafeyini hər şeydən üstün tutan dövlət siyasəti ölkənin sabit və dayanıqlı inkişafını təmin edir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib, sosial-iqtisadi inkişaf, milli təhlükəsizlik, ərazi bütövlüyünün bərpası və dövlətçilik maraqlarının qorunması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət ölkədə sabitliyi, tərəqqini və ictimai həmrəyliyi təmin edib.

Azərbaycan xalqının Prezident cənab İlham Əliyevə olan dərin inamı və etimadı bu uğurların əsas hərəkətverici qüvvəsidir. Xalq öz Prezidentinin ətrafında sıx birləşərək dövlətin həyata keçirdiyi strateji hədəfləri dəstəkləyir. Bu sarsılmaz birlik Azərbaycanın gələcək inkişafının, müstəqilliyinin möhkəmlənməsinin və milli maraqlarının etibarlı təminatıdır. Xalq–Prezident birliyi müasir Azərbaycanın güc mənbəyi və davamlı uğurlarının əsas şərti kimi tarixə həkk olunmuşdur.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların düzəlməsi və digər məsələlərlə bağlı müraciətlər irəli sürülüb. Müraciətlər vətəndaşlar tərəfindən ayrı-ayrılıqda səsləndirilib, qaldırılan məsələlər ətraflı müzakirə olunub və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
56
7
unikal.az

10Mənbələr