AZ

Ceyhun Bayramov: Avropanın separatçılarla bağlı dözümsüz yanaşmasını görürük

"Qərb ölkələrindən bizə qarşı ikili standartlar göstərilirdi".

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında suallara cavab verərkən deyib.

“Humanitar məsələlərin siyasiləşdirilməsi, təəssüflər olsun ki, ölkəmizə qarşı yeni mövzu deyil. Bu alətlərdən illər boyu bizə qarşı istifadə edilib. Siyasi təzyiq kimi bizə qarşı istifadə edilməsi ilə bağlı cəhdlərin şahidi olmuşuq. 2023-cü ildə anti-terror əməliyyatlarından bir neçə ay sonra Avropa İttifaqında nümayəndə heyətimizin iştirakına xitam verildiyinin şahidi olduq. Səbəb isə bizim həyata keçirdiyimiz müstəqil və prinsipial mövqeyi idi. Avropada bir sıra ölkələrdə (Ukrayna, Moldova və.s) mövcud olan separatçılarla bağlı dözümsüz yanaşmanı görürük. Azərbaycanda separatizmə qarşı isə tamamilə başqa bir yanaşma var. Dırnaqarası qondarma rejimin dırnaqarası XİN rəhbəri David Babayana Avropa paytaxtları tərəfindən 10 illik səyahət vizası verilmişdi. Bu gün qonşu ölkələrdə baş verənlərə baxın, din xadimlərinə, xaricdəki diaspor nümayəndələrinə qarşı atılan addımlara qarşı Avropadan hansısa etiraz görmüsünüz?! Yox. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Amma dünyada gedən proseslər dəyişir. Bir çox dövlətlər artıq fərqli davranır. Dünyanın əsas siyasi mərkəzi olan ABŞ 2025-ci il İnsan hüquqları hesabatında bir çox Avropa ölkələrini tənqid edib”, - Ceyhun Bayramov bildirib.

Seçilən
11
7
apa.az

8Mənbələr