AZ

Ceyhun Bayramov: Avropanın Azərbaycanda separatizmə qarşı tam başqa bir yanaşması var

"Qərb ölkələrindən bizə qarşı ikili standartlar göstərilirdi".

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında suallara cavab verərkən deyib.

“Humanitar məsələlərin siyasiləşdirilməsi təəssüflər olsun ki, ölkəmizə qarşı yeni mövzu deyil. Bu alətlərdən illər boyu bizə qarşı istifadə edilib. 2023-cü ildə antiterror əməliyyatlarından bir neçə ay sonra Avropa Şurasında nümayəndə heyətimizin iştirakına xitam verildiyinin şahidi olduq. Səbəb isə bizim həyata keçirdiyimiz müstəqil və prinsipial mövqeyi idi. Avropada bir sıra ölkələrdə - Ukrayna, Moldovada mövcud olan separatçılıqla bağlı dözümsüz yanaşmanı görürük. Azərbaycanda separatizmə qarşı isə tamamilə başqa bir yanaşma var. Dırnaqarası qondarma rejimin “XİN rəhbəri” David Babayana Avropa paytaxtları tərəfindən 10 illik səyahət vizası verilmişdi. Bu gün qonşu ölkələrdə baş verənlərə baxın, din xadimlərinə, xaricdəki diaspor nümayəndələrinə qarşı atılan addımlara qarşı Avropadan hansısa etiraz görmüsünüz?! Yox. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Amma dünyada gedən proseslər dəyişir. Bir çox dövlətlər artıq fərqli davranır. Dünyanın əsas siyasi mərkəzi olan ABŞ 2025-ci il İnsan hüquqları hesabatında bir çox Avropa ölkələrini tənqid edib”, - Ceyhun Bayramov bildirib.

Seçilən
11
7
apa.az

8Mənbələr