AZ

"Azərbaycan ikitərəfli dialoqa sadiq qalacaq"

Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərpası üçün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması siyasətimizin əsas istiqamətlərindən biri olub.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu çərçivədə TRİPP regionda birliyi genişləndirəcək: “Azərbaycan və Ermənistan arasında etimad quruculuğu səyləri intensivləşib. 2026-cı ildə sülh prosesini daha da irəlilətmək üçün ikitərəfli dialoqa sadiq qalacağıq. Ermənistana Azərbaycan ərazisindən keçərək taxıl göndərilməsi, Ermənistan tərəfindən Azərbaycan neft məhsullarının satın alınması müsbət eyimat quruculuğu proseslərindəndir”.

Nazir bildirib ki, bununla yanaşı Ermənistanın təxminən 30 il ərzində törətdiyi cinayətlərin təsbit edilməsi istiqamətində işlər davam etdirilib.

"Cebheinfo.az"

Seçilən
7
5
cebheinfo.az

7Mənbələr