AZ

"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”

"Ermənistana Azərbaycan ərazisindən keçərək taxıl göndərilməsi, Ermənistan tərəfindən Azərbaycan neft məhsullarının satın alınması müsbət etimad quruculuğu proseslərindəndir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərpası üçün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması siyasətimizin əsas istiqamətlərindən biri olub

Nazir bildirib ki, bu çərçivədə TRİPP regionda birliyi genişləndirəcək: “Azərbaycan və Ermənistan arasında etimad quruculuğu səyləri intensivləşib. 2026-cı ildə sülh prosesini daha da irəlilətmək üçün ikitərəfli dialoqa sadiq qalacağıq. 

Nazir bildirib ki, bununla yanaşı Ermənistanın təxminən 30 il ərzində törətdiyi cinayətlərin təsbit edilməsi istiqamətində işlər davam etdirilib.

Seçilən
5
5
marja.az

7Mənbələr