Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. AYNA.AZ xəbər verir ki, protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib.
J25042 nömrəli Bakı-Qahirə reysində 85 sərnişin gedib. Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.
Qahirə Hava Limanında Azərbaycanın milli aviadaşıyıcısının əməliyyat və yerüstü xidmətlərini “Global Aviation Services” şirkəti həyata keçirəcək.
Uçuşu AZAL-ın Qahirədə təmsilçisi Məhəmməd əl-Zaim və Qahirə Hava Limanı Şirkətinin ictimaiyyətlə əlaqələr və media departamentinin əməkdaşları qarşılayıblar. Sərnişinlərə lazımi şərait yaradılıb.
Layihənin həyata keçirilməsi Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Misirdəki Səfirliyinin viza dəstəyi, müvafiq dövlət qurumları ilə AZAL-ın peşəkar tərəfdaşlığı sayəsində mümkün olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.