"Aston Villa" klub tarixinin 111 illik rekordunu yeniləyib.
QOL.az xəbər verir ki, Unay Emerinin komandası buna ötən gecə Premyer Liqamım 18-ci turunda səfərdə "Çelsi"ni məğlub etməklə nail olub.
Birmingem təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb. Əvvəllər “Aston Villa” Premyer Liqada “Bornmut”u (4:0), “Lids Yunayted”i (2:1), “Vulverhempton”u (1:0), “Brayton"u (4:3), “Arsenal”ı (2:1), “Vest Hem"i (3:2) və "Mançester Yunayted"i (2:1) məğlub edib. Avropa Liqasında isə komanda “Makkabi” Təl-Əviv (2:0), “Yanq Boyz” (2:1) və “Bazel” (2:1) üzərində qələbə qazanıb.
"Aston Villa" 1914-cü ardıcıl 10 oyunda qələbə qazanıb.
Qeyd edək ki, "Aston Villa" hazırda İngiltərə Premyer Liqasında 39 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider "Arsenal"dan 3 xal geri qalır.