AZ

111 ildən sonra 11 qələbə rekordu

ain.az, Qol.az saytına istinadən bildirir.

111 ildən sonra 11 qələbə rekordu

"Aston Villa" klub tarixinin 111 illik rekordunu yeniləyib.

QOL.az xəbər verir ki, Unay Emerinin komandası buna ötən gecə Premyer Liqamım 18-ci turunda səfərdə "Çelsi"ni məğlub etməklə (2:1) nail olub.

Birmingem təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb. Buna qədər komanda Premyer Liqada “Bornmut”u (4:0), “Lids Yunayted”i (2:1), “Vulverhempton”u (1:0), “Brayton"u (4:3), “Arsenal”ı (2:1), “Vest Hem"i (3:2) və "Mançester Yunayted"i (2:1) məğlub edib, Avropa Liqasında isə “Makkabi” Təl-Əviv (2:0), “Yanq Boyz” (2:1) və “Bazel” (2:1) üzərində qələbə qazanıb.

"Aston Villa"  1914-cü ildə ardıcıl 10 oyunda qələbə qazanıb.

Qeyd edək ki, "Aston Villa" hazırda İngiltərə Premyer Liqasında 39 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider "Arsenal"dan 3 xal geri qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
qol.az

2Mənbələr