AZ

​Levandovski "Barselona"dan gedir -

Futbol üzrə Polşa yığma komandasının və "Barselona"nın ulduzu Robert Levandovski gələcəyi ilə bağlı danışıb. 37 yaşlı futbolçu mövsümün sonunda İspaniya klubu ilə yollarını ayıracağını təsdiqləyib. Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, təcrübəli qolçu yarı maaşla "Barselona"da qalacağını təkzib edib: "Belə bir şey ola bilməz".Levandovski hansı komandaya keçəcəyini açıqlamayıb. "Təklif çoxdur. Amma hələ bu barədə düşünmürəm. Mövsümün sonuna kimi "Barselona"nın uğurları üçün çalışacam", - polşalı futbolçu deyib.Ulduz futbolçu ölkəsinin uğurları haqda düşündüyünü gizlətməyib: "Qarşıda iki vacib matç var. Elə nəticə göstərməliyik ki, dünya çempionatına gedə bilək".

Qeyd edək ki, Robert Levandovskini almaq istəyən komandaların sırasında Türkiyənin "Fənərbaxça" klubunun da adı çəkilir. İstanbul təmsilçisi dünya ulduzunu heyətinə qatmaqla öz azarkeşlərinə sürpriz etmək istəyir.

Seçilən
82
8
metbuat.az

9Mənbələr