AZ

Andrey Sinenka – Premyer Liqada cari mövsümün rekordçusu – ARENA.AZ

“İmişli”nin qapıçısı Andrey Sinenka Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün arxada qalan ilk hissəsinin rekordçusudur.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, PFL-in yaydığı məlumata görə, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün arxada qalan ilk hissəsində klublar 35 qapıçı sifariş ediblər. Onlardan 23-ü yerli, 12-si legioner statusuna maikdir.

Bu qolkiperlərdən 13-ü meydana çıxmayıb. Baş tutmuş 16 turda 12 komanda 22 qapıçıya güvənib. Əlcək sahiblərindən 17-si quru oyun keçirməyə nail olub.

Ən çox matçda qapısını toxunulmaz saxlayan “beşlik”:

  1. Oleq Baklov (“Turan Tovuz”) – 8 quru (15 oyun)
  2. Stas Pokatilov (“Sabah”) – 8 (16)
  3. Andrey Sinenka (“İmişli”) – 7 (16)
  4. Kenan Piriç (“Neftçi”) – 6 (16)
  5. Rikardo Fernandes (“Şamaxı”) – 6 (16)

Mövsümün ilk hissəsinin ən uzun quru oyunlar seriyası 5 matçdan ibarətdir. Andrey Sinenka ilk 5 turda qapısını toxunulmaz saxlayıb. Baxmayaraq ki, onun əvəzlənməsindən sonra komandası qol buraxıb. O, yalnız 6-cı turda Premyer Liqada keçirdiyi 529-cu dəqiqədə topu qapısında görüb. Bu, mövsümün rekordudur.

Şahrudin Məhəmmədəliyevin quru seriyası isə davam edir. 2-ci tura təsadüf edən ilk matçda qol buraxan qolkiper sonrakı 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun seriyası 468 dəqiqəyə bərabərdir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
3
arena.az

10Mənbələr