AZ

CNN: Netanyahu Trampdan Qəzzada daha bir əməliyyat üçün icazə istəyəcək...

İsrail baş naziri ABŞ prezidentindən hərbi əməliyyat planı ilə bağlı dəstək alamağa çalışacaq...

Poliqon xəbər verir ki, CNN-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan Qəzza sektorunda əlavə hərbi əməliyyat aparmaq üçün icazə istəyəcək. İsrail mənbələrinə istinadən xəbər verilir ki, mümkün əməliyyat “atəşkəs rejiminin daha da irəliləməsi öncəsi son güc nümayişi” məqsədini daşıyacaq.

Məlumata görə, Netanyahu ilə Tramp arasında Qəzza mövzusunda görüş dekabrın 29-da baş tutacaq. Görüşdə tərəflər qarşıdurmanın ikinci mərhələsinin tənzimlənməsi məsələlərini müzakirə edəcəklər. İsrail baş nazirinin sözlərinə görə, bu müzakirələr atəşkəsin möhkəmləndirilməsi və bölgədə sabitliyin qorunması üçün vacibdir.

Qeyd edək ki, İsrail və Həmas arasında atəşkəs razılaşması oktyabr ayında qüvvəyə minib. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda təkrarən ittiham edib. Analitiklər hesab edirlər ki, Netanyahu-Tramp görüşü həm İsrailin hərbi strategiyasının koordinasiyası, həm də regionda sabitliyin təmin olunması baxımından əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
24
50
poliqon.info

10Mənbələr