Qırğızıstan prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat verib.
"Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda deyilir.
Qeyd edək ki, sabiq prezident ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dənk" medalından məhrum edilib.