Billəsuvarda yanacaq avtomobili aşıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralının rayona girişində baş verib.
1994-cı il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Xəsarət alan sürücü rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.