Billəsuvarda yanacaq maşını aşıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında baş verib.
1994-cı il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Xəsarət alan sürücü rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"