AZ

“NEFTÇİ”: O, Yuri Vernidibun məşqçi korpusundan kənarda qaldı

Samir Abasovun istefaya göndərilməsindən sonra «Neftçi»ni 3 rəsmi oyuna çıxarmış Sənan Qurbanovun məsələsinə aydınlıq gəlib. O, Yuri Vernidubun yeni korpusunda yer almayıb. Və təkrar akademiyadakı işinə - koordinator vəzifəsinə dönüb.
«Ağ-qaralar» Qurbanovun rəhbərliyi altında «Turan Tovuz» və «Sabah»la Premyer Liqa, «Zirə» ilə kubok matçlarında meydana ayaq basıb.
Dekabrın ikinci ongünlüyündə Yuri Vernidubun ekibinə qoşulmuş Aqil Məmmədovun da əsas komandan ayrılmasını xatırladaq.
Qapıçılar üzrə köməkçi yenidən akademiyaya qayıdıb. O, öz istəyi ilə bu addımı atıb.
Dekabrın 9-da «ağ-qaralar»la 1,5 illik müqavilə imzalayan Vernidubun korpusu hazırda 5 nəfərdən ibarətdir. Bura Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub, İqor Fokin və Fuad Əsədov daxildir. Sonuncu klubun keçmiş baş məşqçisi Arif Əsədovun oğludur və qapıçılarla çalışacaq.

SPORTİNFO.AZ

Seçilən
23
50
sportinfo.az

10Mənbələr