ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşlərinin nəticələrini açıqlayıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Tramp Moskva ilə Kiyev arasındakı münaqişənin həlli üzrə işlərdə 95% irəliləyiş əldə olunduğunu bildirib.
“Görüşümüz əla keçdi",- deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, həll olunmamış məsələlərdən biri ərazi məsələsidir. Zelenski vəziyyətin Ukraynada referendum yolu ilə həll edilə biləcəyini bildirib. Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov isə Ukrayna tərəfinin Donbasla bağlı “cəsarətli, məsuliyyətli siyasi qərar” qəbul etməli olduğunu qeyd edib.
Seyranə QuliyevaMissiya.Az