AZ

Zelenski: Trampa dedim ki, Putin həmişə belə edir

BAKI, 29 dekabr. TELEQRAF

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı zamanı Ukraynadakı müharibənin dayandırılması üzrə planının bütün 20 bəndi müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski jurnalistlərə bildirib.

“Prezident Tramp mənə dedi ki, nöqtə-nöqtə bu barədə danışıb. Mən də buna görə təşəkkür etdim. Hamımızın eyni kontekstdə olması və digər sənədləri deyil, bu sənədi müzakirə etməsi vacibdir. O, Putinin nəyə hazır olduğunu da dedi. İndi bu barədə ətraflı danışmaq istəmirəm. Amma prezidentə söylədim ki, bu, bizim üçün çox vacibdir, Putinin bir şey deməsi, sonra başqa şeylər etməsi ilk dəfə deyil. Sözlərin əməllərlə üst-üstə düşməsi bizim üçün vacibdir”, - Zelenski qeyd edib.

ABŞ və Ukrayna prezidentləri arasında görüş dekabrın 28-də Floridada keçirilib. Donald Tramp bundan əvvəl Vladimir Putinlə telefon danışığı aparıb.

Seçilən
35
50
teleqraf.com

10Mənbələr