AZ

Sabunçuda 803 qutu pirotexniki vasitəni gizli şəkildə satmaq istəyən şəxs yaxalandı


Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, ötən həftə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

ZÜMRÜD

Seçilən
24
50
baki-xeber.com

10Mənbələr