Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 26 yaşlı M.Əlizadə saxlanılıb.
BAKU.WS-in məlumatına görə, onun avtomobilinin yük yerindən külli miqdarda səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
O, avtomobilində səyyar şəkildə pirotexniki vasitələrin satışını həyata keçirib.
Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Tədbirlər davam etdirilir.