AZ

Ronaldu karyerasını nə vaxt bitirəcəyini açıqladı » AzadMedia.az


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin lideri Kriştianu Ronaldu karyerasını başa vuracağı vaxtla bağlı açıqlama verib. Bu barədə BBC məlumat yayıb.
40 yaşlı futbolçu Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu seçildiyi mərasimdə çıxışı zamanı bildirib ki, oynamaq getdikcə çətinləşsə də, futbola olan sevgisi və motivasiyası hələ də qalır.
“Futbola qarşı hələ də böyük ehtiras hiss edirəm və davam etmək istəyirəm. Harada oynamağımın – Yaxın Şərqdə və ya Avropada olmasının fərqi yoxdur. Mən həmişə futboldan zövq almışam və bunun davam etməsini istəyirəm. Məqsədimi hamı bilir: titullar qazanmaq və karyeram ərzində 1000 qol həddinə çatmaq. Şübhəsiz ki, zədələr olmasa, buna nail olacağam”, – deyə Ronaldu qeyd edib.
Xatırladaq ki, ötən ay Ronaldu britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə karyerasının “tezliklə” başa çatacağını demişdi. O, bu anın emosional olacağını və hətta ağlaya biləcəyini də etiraf etmişdi.
Hazırda Kriştianu Ronaldunun peşəkar karyerasında vurduğu qolların sayı 956-dır. Cari mövsümdə o, “Əl-Nəsr”in heyətində 14 oyunda meydana çıxıb və 13 qol vurub.
Seçilən
30
3
azadmedia.az

4Mənbələr