AZ

Ronaldo karyerasını nə vaxt başa vuracağını açıqlayıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin lideri Kriştiano Ronaldo futbolçu karyerasını nə zaman başa vurmağa hazır olacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

40 yaşlı Kriştiano Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu seçilib. Mükafatlandırma mərasimində çıxış edən Ronaldo etiraf edib ki, oynamaq getdikcə çətinləşir, lakin o, hələ də futboldan motivasiya tapır.

"Futbola olan həvəsim hələ də var və davam etmək istəyirəm. Harada oynamağımın fərqi yoxdur -Yaxın Şərqdə və ya Avropada. Mən həmişə futboldan zövq alıram və bunun davam etməsini istəyirəm.

Siz mənim hədəfimi bilirsiniz. Mən titullar qazanmaq və karyeramda 1000 qol həddinə çatmaq istəyirəm. Əgər ciddi zədələr olmasa, buna mütləq nail olacağam", - deyə Kriştiano Ronaldo bildirib.

Hazırda Kriştiano Ronaldonun peşəkar karyerasında vurduğu qolların sayı 956-dır. Cari mövsümdə o, "Əl-Nəsr"in heyətində 14 oyunda iştirak edib və 13 dəfə fərqlənib.

Seçilən
18
3
far.az

4Mənbələr