Bakı. Trend:
İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçünvergi güzəşti tətbiq ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olanfiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən buMəcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasındanəldə edilən gəlirlər gəlir (mənfəət) vergisindən azad ediləcək.
174.5-ci maddədə bildirilib ki, tibb müəssisələrinin və özəltibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrüərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydadaPOS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşandövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinəonun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələrnəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiyaedilmiş POS-terminal vasitəsilə aparılmalıdır.