AZ

Sağlamlığına zərər vurmağa meyilli olan qadınlar psixoloq tərəfindən nəzarətə götürüləcək

Sosial cəhətdən həssas qruplardan olan qadınların psixoloji yardıma əlçatanlığı təmin ediləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət tibb müəssisələrində qadınların psixoloji yardıma ehtiyacının araşdırılması, sağlamlığına zərər vurmağa meyilli olan qadınların psixoloq tərəfindən nəzarətə götürülməsi və onlarla mütəmadi olaraq söhbətlər aparılması və sosial cəhətdən həssas qruplardan olan qadınların psixi sağlamlıq xidmətlərinə əlçatanlığının təmin edilməsi planlaşdırılır.

Seçilən
28
50
day.az

10Mənbələr