AZ

XİN bəyanat yaydı

BAKI, 29 dekabr. TELEQRAF

Azərbaycan Somalinin beynəlxalq şəkildə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Somalidə son hadisələrə dair bəyanatında vurğulanıb.

Bildirilib ki, Somalinin "Somaliland" bölgəsinin tanınması beynəlxalq hüquq və BMT Nizamnaməsinin normaları və prinsiplərinə ziddir:

"Azərbaycan beynəlxalq hüququn pozulması ilə öz ərazilərində xarici hərbi işğal və separatizm kimi ağrılı təcrübələrdən keçib. Bu prinsiplər və öz təcrübəsindən ilham alaraq Azərbaycan bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına sadiq qalmağa davam edir və beynəlxalq birliyi məsuliyyətli hərəkət etməyə və beynəlxalq hüquqa tam şəkildə əməl etməyə çağırır".

Seçilən
78
2
teleqraf.com

3Mənbələr