AZ

Azərbaycan XİN: Somalinin "Somaliland" bölgəsinin tanınması beynəlxalq hüquqa ziddir

Somalinin "Somaliland" bölgəsinin tanınması beynəlxalq hüquqa ziddir.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidə son hadisələrə dair bəyanatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan Somalinin beynəlxalq şəkildə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir:

"Somalinin "Somaliland" bölgəsinin tanınması beynəlxalq hüquq və BMT Nizamnaməsinin normaları və prinsiplərinə ziddir. Azərbaycan beynəlxalq hüququn pozulması ilə öz ərazilərində xarici hərbi işğal və separatizm kimi ağrılı təcrübələrdən keçib. Azərbaycan bu prinsiplər və öz təcrübəsindən çıxış edərək bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına sadiq qalmağa davam edir, dünya ictimaiyyətini məsuliyyətli hərəkət etməyə və beynəlxalq hüquqa tam şəkildə əməl etməyə çağırır".

Seçilən
35
2
far.az

3Mənbələr