Abşeron rayonunda silsilə oğurluq hadisəsi baş verib.
Gecə saatlarında naməlum şəxslər qara maska ilə kamuflyaj olunaraq Mehdiabad qəsəbəsində yerləşən mağazalardan birini talayıblar.
Onlar obyektdən 1150 manat dəyərində tütün məmulatları oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Röyal Qəhrəmanov və əmisi oğlu 25 yaşlı Ayxan Qəhrəmanlı müəyyən olunaraq saxlanılıblar.
Tarix: 29 Dekabr 2025, 14:58