Abşeron rayonunda silsilə oğurluq hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, gecə saatlarında naməlum şəxslər qara maska ilə kamuflyaj olunaraq Mehdiabad qəsəbəsində yerləşən mağazalardan birini talayıblar.
Onlar obyektdən 1150 manat dəyərində tütün məmulatları oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Röyal Qəhrəmanov və əmisi oğlu 25 yaşlı Ayxan Qəhrəmanlı müəyyən olunaraq saxlanılıblar.
Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə Xırdalan şəhərində yerləşən marketlərin birindən oğurluq etməkdə şühbəli bilinən 19 yaşlı F.Əmirova, 18 yaşlı A.Yusubova və həmyaşıdı G.Abdullayeva da saxlanılıblar. Araşdırmalarla onların dekabr ayının 15-dən 25-dək mağazadan hissə-oğurladıqlar etdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.