“Benfika”nın müdafiəçisi Nikolas Otamendi bu qış “Barselona”ya keçməyəcək.
Msport.az xəbər verir ki, 37 yaşlı futbolçunun yanvar transfer pəncərəsində kataloniyalıların hədəflərindən biri olduğu iddia edilsə də, bu söz-söhbətlərin real əsası olmadığı görünür.
“Barselona” argentinalı futbolçunun transferində maraqlı deyil və müdafiə xətti üçün digər variantları nəzərdən keçirir. Otamendinin “Benfika” ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. Bu səbəbdən, “qartallar”ın kapitanı yanvarda daha münasib qiymətə əldə oluna bilər.
Argentina millisinin heyətində dünya çempionu olan Otamendi fevralda 38 yaşını qeyd edəcək.