AZ

Dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqlənib - FƏRMAN

Bakı. Trend:

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarətzərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqişəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividendsiyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiqlənib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, qaydalar dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin vədövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra –dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividendsiyasətinin ümumi prinsiplərini, həmçinin xalis mənfəətinbölüşdürülməsinə, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinədair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləritənzimləyir.

Qaydalar səhmləri ölkə hüdudlarından kənarda aparıcı birjalarınlistinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.

Seçilən
118
29
az.trend.az

10Mənbələr