Operativmedia saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı şəhərinin Binəqədi rayonunda (Avtovağzal metrostansiyasının ikinci çıxışı) fəaliyyət göstərən, fiziki şəxs Süleymanov Vüsal Akif oğluna məxsus çadırtipli kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.Operativ Media xəbər verir ki, bu brədə AQTA məlumat yayıb.Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydaların pozulduğu aşkarlanıb.
Belə ki, qida obyektinin zibil yeşiklərinin yanında yerləşdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, məhsulların saxlanması üçün soyuducu və dondurucunun mövcud olmadığı, toyuq hissələrinin açıq şəraitdə saxlandığı, bəzi qidaların birbaşa döşəmənin üzərinə yığıldığı məlum olub. Həmçinin qida məhsullarının, alət və ləvazimatların, eləcə də işçilərin əllərinin yuyulması üçün yuma çanaqlarının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Yoxlama zamanı istehlaka hazır qidalardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, qida obyektinin fəaliyyəti dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.