AZ

Suraxanıda qanunsuz fəaliyyət göstərən müəssisə müəyyən edildi

BAKI, 29 dekabr. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19 ünvanında yerləşən “Kovan” ictimai iaşə müəssisəsində yoxlama keçirib.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, müəssisə fiziki şəxs Hüseynov Məğrur İsa oğluna məxsus olub.

Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.

Sahibkar sosial şəbəkədə yerləşdirilmiş video ilə bağlı izahatında ov quşlarının satışının həyata keçirilmədiyini, müştəri cəlb etmək məqsədilə reklam etdiklərini bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

Seçilən
67
16
teleqraf.com

5Mənbələr