AZ

“Azərbaycanın İdman Siyasəti: Sağlam Gənclik, Güclü Dövlət”

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Respublikasında idmanın inkişafı dövlətsiyasətinin əsas istiqamətlərindən biri kimi formalaşmış vəbu sahə ölkənin ümumi sosial-iqtisadi, mədəni və mənəviinkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir. İdman yalnız fiziki sağlamlığın qorunması deyil, eynizamanda milli ruhun möhkəmləndirilməsi, gənclərinvətənpərvərlik tərbiyəsi və dövlətçiliyə sədaqətininformalaşdırılması baxımından mühüm vasitədir. Bu konseptual yanaşmanın təməlində Ulu Öndər HeydərƏliyevin uzaqgörən siyasəti dayanır və bu siyasi xətt bugün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilir. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliketdiyi bütün dövrlərdə gənclərin fiziki və mənəvi inkişafınaxüsusi önəm vermişdir. O, idmanı cəmiyyətin sağlamgələcəyinin əsas şərtlərindən biri kimi qiymətləndirir, idmançıların beynəlxalq arenalarda Azərbaycanı layiqincətəmsil etməsini dövlət nüfuzunun göstəricisi hesab edirdi.Məhz Heydər Əliyevin təşəbbüsü ilə idman infrastrukturuformalaşdırılmağa başlamış, idman məktəbləri, federasiyalar və klublar yaradılmış, kütləvi idmanhərəkatının əsasıqoyulmuşdur.​​​​​​​​​​​Cənab Prezident İlham Əliyevin rəhbərliyidövründə idman siyasəti yeni inkişaf mərhələsinə qədəmqoymuşdur. Dövlət başçısı idmanı strateji sahə kimimüəyyənləşdirərək bu istiqamətdə ardıcıl və sistemliaddımlar atmışdır. Respublikamızın bütün bölgələrindəmüasir Olimpiya İdman Komplekslərinin inşa edilməsi, idman federasiyalarına dövlət dəstəyinin artırılması vəidmançıların sosial müdafiəsinin gücləndirilməsi busiyasətin bariz nümunəsidir. Azərbaycanın son illərdəbeynəlxalq idman yarışlarında əldə etdiyi uğurlar — Olimpiya Oyunları, dünya və Avropa çempionatlarındaqazanılan medallar — Prezident İlham Əliyevin idmanaverdiyi yüksək diqqət və qayğının nəticəsidir. Eynizamanda ölkəmizin nüfuzlu beynəlxalq idman tədbirlərinəev sahibliyi etməsi Azərbaycanı qlobal idman xəritəsindəetibarlı və güclü tərəfdaş kimitanıtmışdır.​​​​​​​​​​​İdman siyasətinin əsas məqsədlərindən biri gənclərinsağlam həyat tərzinə cəlb edilməsi və onların mənəvicəhətdən möhkəm formalaşdırılmasıdır. Azərbaycandaidman gənclər üçün təkcə fiziki fəaliyyət deyil, həm dəiradə, dözümlülük, intizam və komanda ruhununməktəbidir. Bu keyfiyyətlər isə gələcəkdə vətəninmüdafiəsi və dövlətçilik maraqlarının qorunmasıbaxımından mühüm əhəmiyyət daşıyır. ​​​​44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin fizikivə mənəvi hazırlığının real təzahürü oldu. Döyüşmeydanında nümayiş etdirilən iradə, dözümlülük, cəsarətvə komanda ruhu illərlə aparılan gənclər və idmansiyasətinin məntiqi nəticəsi idi. İdmanla məşğul olanminlərlə gəncin ordu sıralarında xüsusi çeviklik vəəzmkarlıq göstərməsi idmanın milli təhlükəsizlik vəmüdafiə qabiliyyəti ilə sıx bağlı olduğunu bir daha sübutetdi. Vətən müharibəsində qazanılan tarixi Qələbə yalnızhərbi strategiyanın deyil, eyni zamanda sağlam ruhlu vəfiziki cəhətdən hazırlıqlı gəncliyin zəfəri idi. Bu Qələbə Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevinuğurla davam etdirdiyi dövlət siyasətinin strateji nəticəsikimi tarixə yazıldı.​​​​​​Azərbaycanda idmanın inkişafı ardıcıl, məqsədyönlü vədövlətçilik maraqlarına xidmət edən siyasət əsasındahəyata keçirilir. Ulu Öndər Heydər Əliyevinmüəyyənləşdirdiyi strateji xətt bu gün Prezident İlhamƏliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davametdirilir. İdman sahəsində əldə olunan uğurlar təkcəmedallar və beynəlxalq nüfuz deyil, eyni zamanda sağlam, vətənpərvər, güclü gəncliyin formalaşması deməkdir. Bu isə Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu birdaha təsdiqləyir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
50
sia.az

10Mənbələr