AZ

Rusiyada qətlə yetirilən Səfərov qardaşlarının kafesini sökülür - FOTOLAR

Rusiyada Azərbaycan diasporuna qarşı daha bir qeyri-dost addım atılıb.

Modern.az xəbər verir ki, Yekaterinburq şəhərində Səfərov qardaşlarına məxsus olan "Kaspiy" (Xəzər) kafesi sökülür. Söküntü işləri üçün əraziyə hüquq-mühafizə orqanları, kran və digər xüsusi texnika cəlb olunub. 

Kafenin Uralda yaşayan Azərbaycan diaspor üzvlərinin sıx toplaşdığı məkan olduğu məlumdur.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində OMON-un azərbaycanlıların yaşadığı evlərə keçirdiyi basqın zamanı Səfərov qardaşları güllələnərək qətlə yetirilib, bir neçə nəfər saxlanılıb. Öldürülən şəxslər tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin doğma qardaşlarıdır.

Baş verən hadisə Azərbaycan ictimaiyyətində və dövlət strukturlarında ciddi narahatlıq doğurub. Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburqdakı qanlı olayla bağlı rəsmi bəyanat yayıb və Rusiya tərəfinin məsuliyyət daşıdığını bəyan edib.

Hadisəyə görə Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, ona rəsmi şəkildə kəskin etiraz bildirilib.

Hadisə ilə bağlı saxlanılan bəzi şəxslər hələ də Rusiya həbsxanalarındadır. 

 

Seçilən
4
12
modern.az

10Mənbələr