AZ

Putinin SSR-i sevgisi yenidən "qabardı": yeni qanun– Sovet xalqına qarşı...

 

Rusiya prezidenti Vladimir Putin 19 aprel tarixinin Sovet xalqına qarşı nasistlər və onların əlaltıları tərəfindən törədilmiş soyqırımı qurbanlarının "Anım Günü" kimi təsis olunmasını nəzərdə tutan qanunu imzalayıb.

Moderator.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, məhz bu tarix təsadüfi seçilməyib. Belə ki, 19 aprel 1943-cü il tarixli 39 saylı fərman nasist Almaniyasının işğal olunmuş ərazilərdə mülki əhaliyə qarşı həyata keçirdiyi məqsədli məhv etmə siyasətini rəsmi şəkildə təsbit edən ilk hüquqi sənəd olub.

Həmin sənəddə yalnız kütləvi qırğın faktları qeyd olunmur, eyni zamanda bu cinayətləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi əsaslar da müəyyən edilirdi. Yeni qanunla bu tarix Rusiya Federasiyasında rəsmi xatirə günləri sırasına daxil edilib və Böyük Vətən müharibəsi dövründə həlak olmuş mülki əhalinin xatirəsinin dövlət səviyyəsində yad edilməsi məqsədi daşıyır.

Seçilən
32
3
moderator.az

5Mənbələr