AZ

Putin Ukrayna sərhədində təhlükəsizlik zolağının genişləndirilməsini tapşırdı

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Rusiya–Ukrayna sərhədi boyunca təhlükəsizlik zolağının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, bu tapşırıq "xüsusi hərbi əməliyyat"lar zonasındakı vəziyyətə həsr olunmuş müşavirə zamanı səsləndirilib.

Müxtəlif ərazilərdə mövcud təhlükəsizlik zolağının uzunluğu barədə məruzəni dinləyən Putin bildirib ki, bu məsələ sərhədyanı regionların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2026-cı ildə bu istiqamətdə görülən işlər mütləq davam etdirilməlidir.

Dövlət başçısı, həmçinin “Şimal” qruplaşmasının şəxsi heyətinə görülən işlər və əldə olunan nəticələrə görə təşəkkür edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
50
icma.az

10Mənbələr