AZ

Hamı sülh istəyir, amma ədalətli sülh...

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zelenski: Ukraynalıların 87 faizi sülh istəyir...

...Ukraynalıların 87 faizi sülh istəyir, lakin ölkə vətəndaşlarının 85 faizi Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına qarşıdır.

SİA-nın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Fox News-a verdiyi müsahibədə bildirib.

…Bu gün Prezident Tramp bildirib ki, sorğulara görə, əhalinin 85 faizi, bəlkə də 87 faizi sülh istəyir, ona görə də insanlar razıdırlar. Qeyd etdim ki, əhalinin 87 faizi sülhü dəstəkləyir, eyni zamanda 85 faizi qoşunların şərqdən, Donbasdan çıxarılmasına qarşıdır. Hamı sülh istəyir, amma ədalətli sülh, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması "ən pis ssenari" və Ukrayna üçün "böyük risk"dir. Buna görə də Zelenski bu variantı ölkə sakinləri üçün qəbuledilməz hesab edir.

Xatırladaq ki, 28 dekabrda Zelenski və Tramp Floridada görüşüblər. Bundan əvvəl Amerika prezidenti Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Tramp Rusiya və Ukrayna liderləri ilə münaqişənin sülh yolu ilə həllini müzakirə edib.

O, hər iki söhbətdən məmnun qalıb. Kreml həmçinin Tramp və Putin arasında daha bir telefon danışığı elan etdi. Danışıqlardan sonra Zelenski ərazi və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət məsələlərinin hələ də həll olunmadığını qeyd edib.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
50
sia.az

10Mənbələr