AZ

Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirdi

Dünya Bankı yeni "Business Ready-2025" (B-Ready, "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.Metbuat.az Report-a istinadən xəbər verir ki, Dünya Bankının məlumatına görə, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib. Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.

Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.

Seçilən
27
50
metbuat.az

10Mənbələr