Putinin Rusiyanın Novqorod vilayətində yerləşən dövlət iqamətgahı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Nazirin sözlərinə görə, hücum zamanı xəsarət alanlarla və ya maddi ziyanla bağlı hər hansı məlumat daxil olmayıb. O bildirib ki, ümumilikdə 91 ədəd pilotsuz uçuş aparatı hücumda iştirak edib və onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Sergey Lavrov qeyd edib ki, bu hadisə fonunda Rusiya öz danışıqlar mövqeyini yenidən nəzərdən keçirəcək. Onun fikrincə, baş verənlər Kiyev rejiminin dövlət terrorizmi siyasətinə qəti keçidinin göstəricisidir.