Portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş hazırda çıxış etdiyi "Əl Hilal" klubundakı maaşını təxminən üçdə iki azaltmağa razıdır ki, bu qış transfer pəncərəsində "Real Madrid"ə keçə bilsin.
Offsideplus.az xəbər verir ki, lakin bu qərar futbolçunun agenti Xorxe Mendeşi çaşdırıb. Analitiklər bildirirlər ki, "Real Madrid" Neveşi hətta maaşında endirim etsə belə, komandaya cəlb etmək istəməyə bilər.
Beləliklə, portuqaliyalı futbolçunun qışda İspaniya klubuna keçməsi qeyri-müəyyən görünür və transferin baş tutub-tutmayacağı hələ də sual altındadır.