AZ

Zaxarova: Kiyevə sülh lazım deyil, müharibənin davamı üçün pul verilir

BAKI, 30 dekabr. TELEQRAF

Kiyevə sülh lazım deyil, Qərb Ukraynaya yalnız terror aktları və müharibənin davam etdirilməsi üçün maliyyə ayırır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti danışıqlar prosesini məqsədli şəkildə pozub: “Bundan əvvəl Vladimir Zelenski danışıqları pozurdu. Danışıqlar davamlı olaraq niyə baş tutmurdu? Yeganə səbəb var – onlara sülh lazım deyil. Çünki sülhə görə pul verilmir. Onlara yalnız bir şeyə görə pul verilir: terrora, ekstremizmə, qırğının davamına, o cümlədən Ukrayna vətəndaşlarının öldürülməsinə görə”.

Zaxarova bildirib ki, Qərbdə sülhə doğru addım atmağa hazır olan qüvvələr ortaya çıxdığı anda Kiyev növbəti hücumlara əl atır: “Qərbdə elə insanlar tapıldığı vaxt ki, onlar əvvəlki səhvləri və cinayətləri – hətta öz sələflərinin cinayətlərini – kənara qoyaraq sülhə can atmağın vacibliyini qəbul etdilər və mürəkkəb, çoxsəviyyəli danışıqlara başladılar, həmin bu terrorçu ünsür yenidən belə zərbələr endirir”.

Seçilən
50
50
teleqraf.com

10Mənbələr