AZ

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən limanını bombaladı - YENİLƏNİB

Səudiyyə Ərəbistanı məhdud hərbi əməliyyat çərçivəsində çərşənbə axşamı səhər erkən saatlarda Yəmənin Hədraməvt əyalətindəki liman şəhəri Əl-Mükəllaya zərbələr endirib.
 
Moderator.az SPA xəbər agentliyinə istinadən xəbər verir ki, zərbələrin hədəfi Fuceyrədən (BƏƏ) gələn iki gəmi olub.
 
Koalisiyanın məlumatına görə, həmin gəmilər Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə böyük partiya silah və hərbi texnika çatdırıb.
 
Hərbçilərin bəyanatında qeyd olunub ki, təhlükəsizlik və sabitliyə yaranan təhdid nəzərə alınaraq, koalisiyanın hərbi hava qüvvələri Əl-Mükəlla limanında həmin gəmilərdən boşaldılan silah və döyüş maşınlarına qarşı məhdud əməliyyat keçirib.
 
Səudiyyə hərbçiləri vurğulayıblar ki, hücum yan zərərləri istisna etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə gecə vaxtı həyata keçirilib.
 
Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birləşmiş koalisiya Hədraməvtdə məhdud hərbi əməliyyatın başladığını elan etmiş və mülki şəxsləri Əl-Mükəlla limanı ərazisindən təxliyə olunmağa çağırmışdı.
 
07:54
 
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin şərqindəki Hadramaut əyalətindəki Mukalla limanına hava hücumu həyata keçirib.
 
Moderator.az SPA xəbər agentliyinə istinadən xəbər verir ki, zərbə BƏƏ-dən cənub separatçılarına çatdırılan hərbi yükləri hədəf alıb. Gəmilər silah və hərbi texnikadan ibarət olub.
 
Seçilən
43
4
moderator.az

5Mənbələr