Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin şərqindəki Hadramaut əyalətindəki Mukalla limanına hava hücumu həyata keçirib.
7News.Az SPA xəbər agentliyinə istinadən xəbər verir ki, zərbə BƏƏ-dən cənub separatçılarına çatdırılan hərbi yükləri hədəf alıb. Gəmilər silah və hərbi texnikadan ibarət olub.