AZ

Corc Kluni Fransa vətəndaşlığı aldı


Məşhur amerikalı aktyor Corc Kluni və ailəsi Fransa vətəndaşlığı alıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransanın “Rəsmi Jurnal”ına istinadla RTL radiosu məlumat yayıb.
Məlumata görə, Kluni ilə birlikdə həyat yoldaşı Amal və 8 yaşlı əkizləri Ella və Aleksandr Fransa vətəndaşı oldular.
RTL xatırladıb ki, son illər Kluni ailəsi Fransanın cənubunda xeyli vaxt keçirib.
2021-ci ildə aktyor 9 milyon avroya Kadanel mülkünü alıb. O, 172 hektar ərazidə yerləşir və üç mərtəbəli, 900 kvadratmetrlik 18-ci əsrə aid malikanə, üzgüçülük hovuzu, ot örtüyü ilə örtülmüş tennis kortu, kiçik bir göl, təpələrdə geniş şam meşəsi, zeytun bağları və beş hektar üzüm bağlarını əhatə edir.
Seçilən
151
18
yeniavaz.com

10Mənbələr