AZ

Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi

Azərbaycan bölgədə sülh və sabitliyin qorunmasını beynəlxalq təhlükəsizlik üçün vacib amil hesab edir. Ölkənin vahid Çin siyasəti dəyişməz və ardıcıl xarakter daşıyır. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafındakı vəziyyətlə bağlı jurnalistlərin sualına cavabında bildirib.

O qeyd edib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq sülh yolu ilə həllini dəstəkləyir.

Seçilən
18
4
anews.az

10Mənbələr