AZ

XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır:

"Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
19
bakivaxti.az

10Mənbələr