ain.az, Operativ MM portalına istinadən məlumat yayır.
Bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycan Respublikasının "vahid Çin" siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətlə bağlı medianın sualına cavabında deyib.
“Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”, - XİN rəsmisi vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.