AZ

"Tayvanın müstəqilliyini tanımırıq" - Azərbaycan XİN


Bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu fikirləri Tayvan ətrafında yaranmış vəziyyət ilə bağlı medianın sualına cavabında bildirib.

"Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik", - deyə o qeyd edib.

ZÜMRÜD

Seçilən
25
19
baki-xeber.com

10Mənbələr